ANAMA: İyulda 8 mindən çox hektar ərazi minalardan təmizlənib

ANAMA: İyulda 8 mindən çox hektar ərazi

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə iyul ayı ərzində həyata keçirilən minatəmizləmə əməliyyatlarının nəticələrini açıqlayıb.

ANAMA-nın məlumatına görə, Tərtər, Ağdərə, Kəlbəcər, Ağdam, Xocalı, Xankəndi, Xocavənd, Laçın, Şuşa, Füzuli, Qubadlı, Cəbrayıl və Zəngilan rayonlarında fəaliyyət göstərən minatəmizləmə qurumları tərəfindən aparılan əməliyyatlar zamanı 614 piyadaəleyhinə mina, 174 tankəleyhinə mina və 2 106 partlamamış hərbi sursat aşkar edilərək zərərsizləşdirilib.

Hesabat dövründə ümumilikdə 8 012,7 hektar ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənərək təhlükəsiz vəziyyətə gətirilib.