Xarici dil sertifikatı təqdim edən namizədlərin arayışları elektron sistemə yerləşdirilib

Xarici dil sertifikatı təqdim edən namizədlərin arayışları

2026/2027-ci tədris ili üzrə doktoranturaya qəbul zamanı xarici dil imtahanından azad olunmaq üçün beynəlxalq dil sertifikatı təqdim edən namizədlərin arayışları Dövlət İmtahan Mərkəzinin (DİM) “Elektron Xidmətlər” bölməsində müvafiq səhifədə yerləşdirilib.

DİM-in məlumatına görə, cari qəbul ilində doktoranturaya qəbul prosesində namizədlər tərəfindən beynəlxalq xarici dil imtahanlarının nəticələrinin keçid balına ekvivalentliyinin müəyyən edilməsi məqsədilə ümumilikdə 176 beynəlxalq dil sertifikatı təqdim edilib.

Təqdim olunan sertifikatlardan 164-ü müvafiq qaydada yoxlanılaraq (verifikasiya olunaraq) təsdiqlənib.

Bildirilib ki, doktoranturaya qəbul üzrə Dövlət İmtahan Mərkəzinin keçirdiyi xarici dil imtahanında iştirak etmiş namizədlərin nəticələrinə dair arayışlar da yaxın günlərdə DİM-in “Elektron Xidmətlər” bölməsində yerləşdiriləcək.