2026-cı ilin yanvar–iyun aylarında Azərbaycanda pərakəndə ticarət şəbəkəsində içkilər və tütün məmulatlarının satışı 1 milyard 427,3 milyon manata çatıb.
Rəsmi statistikaya görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 1,3 faiz artıb.
Ümumilikdə, ilin ilk altı ayında ölkədə pərakəndə ticarət dövriyyəsi 32,4 milyard manat təşkil edib. Bunun 17,6 milyard manatı ərzaq məhsulları, içkilər və tütün məmulatlarının, 14,8 milyard manatı isə qeyri-ərzaq mallarının payına düşüb.
Statistik məlumatlar göstərir ki, əhalinin pərakəndə ticarətdə xərclədiyi vəsaitin 4,4 faizi məhz içkilər və tütün məmulatlarının alınmasına yönəlib.
Bu o deməkdir ki, hər 100 manatlıq pərakəndə alış-veriş xərclərinin orta hesabla 4 manat 40 qəpiyi bu məhsul qrupuna sərf olunub.
Hesablamalara əsasən, yanvar–iyun aylarında içkilər və tütün məmulatlarının orta gündəlik pərakəndə satış dövriyyəsi təxminən 7,9 milyon manat təşkil edib. Başqa sözlə, ölkə üzrə hər gün bu məhsulların satışına orta hesabla 8 milyon manata yaxın vəsait xərclənib.
Eyni dövrdə ölkə əhalisinin bir nəfərinə düşən orta aylıq pərakəndə alış-veriş xərci 525,7 manat olub. Bunun 285,7 manatı ərzaq məhsulları, içkilər və tütün məmulatlarının alınmasına sərf edilib.
MONETAR.AZ