Pulun istiqaməti dəyişmir: Əhali ən çox nəyə pul xərcləyir?

Pulun istiqaməti dəyişmir:

Dövlət Statistika Komitəsinin son hesabatı hər bir vətəndaşın ay ərzində təxminən nə qədər xərclədiyini və bu vəsaitin hansı sahələrə bölündüyünü rəqəmlərlə ortaya qoyub. Məlum olub ki, 2026-cı ilin ilk yarısında ölkə sakinlərinin hər biri pərakəndə ticarət şəbəkəsində orta hesabla ayda 525.7 manatlıq alış-veriş edib.

Hər bir vətəndaşın orta aylıq xərclərinin böyük hissəsi – 285,7 manatı ərzaq məhsulları, içkilər və tütün məmulatlarının payına düşüb. Geri qalan 240 manat isə qeyri-ərzaq mallarının alınmasına sərf edilib.

Ümumi istehlak səbətinin faizlə nisbəti isə vətəndaşlarımızın büdcə prioritetlərini tam əks etdirir:

  • Qida və tütün: Büdcənin 54.3%-i (bunun 49.9%-i birbaşa ərzaq, 4.4%-i isə içki və tütün məmulatlarıdır);

  • Geyim və ayaqqabı: Hər 100 manatdan 12.6 manatı qarderobun yenilənməsinə gedir;

  • Nəqliyyat (Yanacaq): Büdcənin 6.3%-i avtomobil yanacağına xərclənir;

  • Məişət və mebel: 4.7%-i ev əşyaları və mebellərin alınmasına yönəldilir.

Bu bölgü bir tərəfdən ərzaq xərclərinin hələ də dominant olduğunu göstərir, digər tərəfdən isə geyim və digər sosial xərclərin ümumi büdcədəki çəkisinin tədricən artdığını təsdiqləyir.

MONETAR.AZ