ABŞ-da dekabr müddətli buğda fyuçersləri bu gün keçirilən hərraclarda ucuzlaşıb. Qiymətlərə təzyiq göstərən əsas amillər arasında cari məhsul yığımı mövsümü və ölkədə qarğıdalı məhsuldarlığı ilə bağlı rəsmi proqnozun gözlənilmədən artırılması yer alır.
Birja məlumatlarına əsasən, Bakı vaxtı ilə saat 09:48-də buğda fyuçerslərinin qiyməti 0,89% azalaraq bir buşel üçün 6,663 dollara enib. Ötən həftənin yekunlarına görə isə buğda kotirovkalarında ümumi eniş 5,42% təşkil edib.
Kənd təsərrüfatı bazarlarında qiymətlərə təsir edən əsas amillərdən biri yemlik dənli bitkilər təklifinin artmasıdır. Qarğıdalı məhsuldarlığı ilə bağlı proqnozun yüksəldilməsi buğdanı əvəz edən yemlik bitkilərin bazarda mövqeyini gücləndirərək qiymətlərə əlavə təzyiq yaradır.
Ötən həftənin cümə günü isə qarğıdalı fyuçersləri son üç ilin ən kəskin bir günlük ucuzlaşmasını qeydə alıb.
MONETAR.AZ