Dünya əmtəə bazarlarında qiymətlər fərqli istiqamətlərdə dəyişib. Palma yağı 2,21%, litium karbonat isə 3,56% ucuzlaşıb. Metallar bazarında gümüş, enerji sektorunda isə xam neft qiymət artımı ilə seçilib.
Monetar.az xəbər verir ki, “Trading Economics” platformasının məlumatına görə, kənd təsərrüfatı məhsulları arasında ən böyük ucuzlaşma palma yağında qeydə alınıb. Onun qiyməti 2,21% azalıb. Kanola 1,25%, soya isə 1,06% ucuzlaşıb. Şəkərin qiyməti isə 1,44% artıb.
Metallar bazarında litium karbonatın qiyməti 3,56%, silisiumun qiyməti 2,02%, misin qiyməti isə 1,50% geriləyib. Bunun əksinə, gümüş 2,62%, qızıl 1,25%, platin isə 0,93% bahalaşıb.
Enerji bazarında ən kəskin ucuzlaşma metanolda qeydə alınıb. Onun qiyməti 7,68% düşüb. Benzin 2,41%, Böyük Britaniyada təbii qaz 1,56%, “Brent” markalı neft isə 0,07% ucuzlaşıb.
Eyni zamanda, xam neftin qiyməti 3,01%, təbii qazın qiyməti isə 0,83% artıb.