Azərbaycan bu ölkələrə kivi satır- QİYMƏTLƏR

Azərbaycan bu ölkələrə kivi satır-

2026-cı ilin yanvar-avqust aylarında Azərbaycanın kivi idxalı və ixracı üzrə göstəricilər məhsulun 1 kiloqramının orta statistik dəyəri baxımından da maraqlı fərq ortaya qoyur.

Təqdim olunan statistikaya əsasən, hesabat dövründə Azərbaycana 2 937,24 ton kivi 2 milyon 178,33 min dollar dəyərində idxal edilib. Bu isə 1 kiloqram kivinin orta idxal dəyərinin təxminən 0,74 dollar (74 sent) olduğunu göstərir.

İdxal olunan məhsulun əsas hissəsi İrandan gətirilib. Belə ki, İrandan idxal edilən kivinin 1 kiloqramının orta dəyəri təxminən 0,70 dollar təşkil edib.

Digər ölkələr üzrə göstəricilər isə belədir:

  • Çili – 1,42 dollar/kq

  • Çin – 3,25 dollar/kq

  • İtaliya – 8,02 dollar/kq

  • Cənubi Afrika Respublikası – 8,77 dollar/kq

  • Türkiyə – 1,08 dollar/kq

  • Yeni Zelandiya – 8,14 dollar/kq

İxracda isə 1 kiloqram kivinin orta dəyəri 1,48 dollar olub. Belə ki, 2026-cı ilin ilk 8 ayında Azərbaycandan 87,43 ton kivi 129,13 min dollar dəyərində ixrac edilib. İxrac istiqamətləri üzrə orta dəyər Ukraynaya göndərilən məhsulda 1,63 dollar/kq, Rusiyaya göndərilən məhsulda 1,17 dollar/kq, Qazaxıstana göndərilən məhsulda isə 0,75 dollar/kq təşkil edib.

Beləliklə, Azərbaycanın kivi ixracında bir kiloqram məhsulun orta statistik dəyəri idxaldakından təxminən 2 dəfə yüksəkdir.