Artan geosiyasi gərginlik fonunda Bitcoin ucuzlaşır

Artan geosiyasi gərginlik fonunda Bitcoin

Bitcoin həftənin ilk ticarət gününə enişlə başlayıb. ABŞ və İran arasında artan geosiyasi gərginlik, eləcə də faiz dərəcələrinin yüksək səviyyədə qalacağına dair gözləntilər investorların riskli aktivlərdən uzaqlaşmasına səbəb olub.

Bu gün Bakı vaxtı ilə saat 10:10-a olan məlumata görə, dünyanın ən böyük kriptovalyutası 0,9% ucuzlaşaraq 64 139 dollar səviyyəsində ticarət olunub.

Analitiklər bildirirlər ki, bazardakı zəif risk iştahı Bitcoinin son aylarda formalaşmış qiymət diapazonundan çıxmasına imkan vermir. İnvestorlar həm geosiyasi riskləri, həm də mərkəzi bankların gələcək pul-kredit siyasəti ilə bağlı qeyri-müəyyənliyi diqqətlə izləyirlər.

Hazırda Bitcoin ötən ilin oktyabrında qeydə alınmış tarixi maksimum göstəricisindən təxminən 50% aşağı səviyyədə ticarət olunur. Kriptovalyuta ilin əvvəlindən bəri də mənfi dinamika nümayiş etdirərək bazardakı ehtiyatlı əhval-ruhiyyənin təsiri altında qalmağa davam edir.

MONETAR.AZ