Avropada təbii qazın qiyməti mart ayının sonundan bəri ilk dəfə 1 000 kubmetr üçün 700 dollar həddini ötüb. Londonun ICE birjasının məlumatına görə, bahalaşma Yaxın Şərqdə geosiyasi gərginliyin artması fonunda davam edir.
Hərraclar zamanı Niderlandın TTF qaz habında avqust fyuçerslərinin qiyməti vaxtı Bakı ilə saat 09:46-ya olan məlumata əsasən bir meqavat-saat üçün 60,5 avroya yüksəlib. Bu göstərici təxminən 1 000 kubmetr üçün 716 dollara bərabərdir.
Ticarət sessiyasının əvvəlindən etibarən qaz kotirovkaları təxminən 5% bahalaşıb.
Analitiklər qeyd edirlər ki, qiymətlərdə yüksəliş iyulun əvvəlindən müşahidə olunur. Bunun əsas səbəbi Yaxın Şərqdə münaqişənin kəskinləşməsi və enerji bazarlarında tədarüklə bağlı risklərin artmasıdır. Geosiyasi qeyri-müəyyənlik fonunda treyderlər mümkün tədarük fasilələrini qiymətlərə daxil etməyə davam edirlər.
MONETAR.AZ