2026-cı ilin yanvar-iyul aylarında Azərbaycana 16,3 min ton şokolad və şokolad məhsulları idxal olunub. İdxalın həcmi əvvəlki ilin eyni dövrü ilə müqayisədə 13,6 faiz azalsa da, məhsulların orta idxal qiyməti 10,8 faiz artıb.
Monetar.az xəbər verir ki, Dövlət Gömrük Komitəsinin məlumatına görə, hesabat dövründə şokolad və şokolad məhsullarının idxalının ümumi dəyəri 78,2 milyon dollar təşkil edib. Bu göstərici illik müqayisədə 4,3 faiz azalıb.
Beləliklə, şokoladın idxalında həm fiziki həcm, həm də ümumi dəyər azalsa da, bir ton məhsulun orta idxal qiyməti yüksəlib. 2026-cı ilin yanvar-iyul aylarında orta qiymət təxminən 4 800 dollar/ton olub.
Eyni dövrdə bitki yağlarının idxalı 13,9 faiz artaraq 85 min tona çatıb. Bu məhsulların idxal dəyəri isə 17,5 faiz artaraq 129 milyon dollar olub. Bir ton bitki yağının orta idxal qiyməti təxminən 1 518 dollar təşkil edib.
Xam şəkər idxalında daha yüksək artım qeydə alınıb. İdxalın həcmi 28,9 faiz artaraq 265,6 min ton, dəyəri isə 10,1 faiz artaraq 120,9 milyon dollar olub. Nəticədə bir ton xam şəkərin orta idxal qiyməti təxminən 455 dollar təşkil edib.
Unlu qənnadı məmulatlarının idxalı isə 9,9 faiz artaraq 28,5 min tona, dəyəri 13,8 faiz artaraq 83,6 milyon dollara yüksəlib. Bu məhsulların bir tonunun orta idxal qiyməti təxminən 2 935 dollar olub.