Hər il sentyabrın 21-i dünyada Beynəlxalq Sülh Günü kimi qeyd olunur. Bu gün sülhün, zorakılığın qarşısının alınmasının və xalqlar arasında qarşılıqlı anlaşmanın əhəmiyyətinə diqqət çəkmək məqsədi daşıyır.
Monetar.az xəbər verir ki, Beynəlxalq Sülh Günü BMT Baş Assambleyasının 1981-ci il 30 noyabr tarixli qərarı ilə təsis edilib. Günün əsas məqsədi bütün dünyada sülh ideyasının təşviqi və zorakılığın dayandırılmasına çağırış etməkdir.
21 sentyabr həmçinin yalnız dövlətlər və xalqlar arasında deyil, cəmiyyətin müxtəlif təbəqələri arasında sülh və qarşılıqlı hörmətin təşviqi baxımından da əhəmiyyət daşıyır.
Bu gün münasibətilə dünyanın müxtəlif ölkələrində sülh mövzusunda tədbirlər, maarifləndirici kampaniyalar və ictimai təşəbbüslər keçirilir.
Beynəlxalq Sülh Günü insanları münaqişələrin sülh yolu ilə həllinə, zorakılığın qarşısının alınmasına və daha dinc cəmiyyətin qurulmasına diqqət yetirməyə çağırır.