Kriptovalyuta və əmtəə bazarlarında yüksəliş qeydə alınıb

Kriptovalyuta və əmtəə bazarlarında

Kriptovalyuta və əmtəə bazarlarında əsas göstəricilər üzrə yüksəliş müşahidə olunub.

Monetar.az xəbər verir ki, Bitcoinin qiyməti 2,55 faiz, Etherin qiyməti isə 1,86 faiz artıb.

Kənd təsərrüfatı əmtəələri arasında ən yüksək bahalaşma kakao üzrə qeydə alınıb. Belə ki, kakaonun qiyməti 5,19 faiz, yulafın qiyməti isə 2,18 faiz yüksəlib. Kauçukun qiyməti isə 0,68 faiz azalıb.

Metallar bazarında da müsbət dinamika üstünlük təşkil edib. Gümüş 2,02 faiz, platin 1,61 faiz, litium karbonat 0,99 faiz, qızıl isə 0,91 faiz bahalaşıb.

Bazar iştirakçılarının diqqətində kriptovalyutaların və qiymətli metalların qiymət dinamikası ilə yanaşı, qlobal iqtisadi göstəricilər və mərkəzi bankların pul siyasəti ilə bağlı gözləntilər qalmaqda davam edir.