Qlobal əmtəə bazarında kəskin ucuzlaşma: Mis, gümüş, qızıl dəyər itirdi

Qlobal əmtəə bazarında kəskin ucuzlaşma:

Dünya əmtəə bazarlarında əsas məhsulların qiymətlərində eniş qeydə alınıb. Xüsusilə metal və enerji bazarlarında satış təzyiqi güclənib. Mis 5,11%, gümüş 4,92%, platin 4,72%, qızıl isə 2,97% ucuzlaşıb.

Monetar.az xəbər verir ki, kənd təsərrüfatı məhsulları arasında ən böyük qiymət azalması buğdada qeydə alınıb. Buğdanın qiyməti 3,89%, kakaonun qiyməti isə 3,03% geriləyib.

Eyni zamanda, bəzi kənd təsərrüfatı məhsullarında bahalaşma müşahidə olunub. Taxta materiallarının qiyməti 1,43%, palma yağının qiyməti isə 0,87% artıb.

Metal bazarında da ucuzlaşma üstünlük təşkil edib. Mis 5,11%, gümüş 4,92%, platin 4,72%, qızıl isə 2,97% dəyər itirib. Bunun əksinə olaraq, litium karbonat 3,09%, dəmir filizi 0,86%, polad armatur isə 0,78% bahalaşıb.

Enerji bazarında Böyük Britaniyada təbii qazın qiyməti 5,06%, Avropa İttifaqında 4,97% azalıb. ABŞ xam neftinin qiyməti 4,43%, “Brent” markalı neftin qiyməti isə 2,16% ucuzlaşıb. Bununla yanaşı, digər təbii qaz göstəricisi üzrə 4,35% artım qeydə alınıb.