438 min manatlıq satınalma: laboratoriya üçün reaktivlər alınacaq

438 min manatlıq satınalma:

“Milli Idman Tibb və Reabilitasiya Elmi-Praktiki İnstitutu” publik hüquqi şəxsi laboratoriya üçün reaktivlərin satın alınması məqsədilə açıq tender elan edib. Monetar.az xəbər verir ki, tenderin ehtimal olunan qiyməti 437 min 936,10 manat təşkil edir.

Satınalma müsabiqəsinin nömrəsi 2026/AT/04040/V1, təsnifat kodu isə 42181500 – “Ümumi istifadə üçün diaqnostik qiymətləndirmə və imtahan məhsulları”dır.

Müsabiqə barədə elan 18 avqust 2026-cı il saat 08:43-də dərc olunub.

Təkliflərin son təqdim olunma tarixi 18 sentyabr 2026-cı il saat 10:00-dır. Zərflərin açılışı da həmin gün və saatda keçiriləcək.