2026-cı ilin yanvar-iyul aylarında Azərbaycanda 2 990 ədəd elektrik tənzimləyici cihaz istehsal edilib. Monetar.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 41,1 faiz artım deməkdir.
Hesabat dövründə 762 ədəd noutbuk istehsal olunub. Bu göstərici əvvəlki ilin müvafiq dövrünün 53,3 faizini təşkil edib.
Stolüstü kompüter istehsalı 720 ədəd olub ki, bu da illik müqayisədə 66,4 faiz azalma deməkdir. Ölçmə cihazlarının istehsalı isə 181 min ədəd təşkil edərək 38,2 faiz azalıb.
Elektrik avadanlıqları istehsalında güc transformatorlarının buraxılışı 120 ədəd olub və əvvəlki ilin eyni dövrü ilə müqayisədə 40 faiz azalıb.
Digər elektrik naqillərinin istehsalı 5 699,1 ton təşkil edib. Bu göstərici illik müqayisədə 13,6 faiz azdır.
1 avqust 2026-cı il vəziyyətinə sənaye müəssisələrinin anbarlarında elektron kompüter, elektron və optik məhsulların, elektrik avadanlıqlarının ehtiyatı qeydə alınmayıb, yalnız 217 ton digər elektrik naqilləri hazır məhsul ehtiyatı olub.