Bakının Binəqədi rayonunda yerləşən mənzil xüsusi müsadirə edilmiş əmlak kimi hərraca çıxarılacaq.
Monetar.az xəbər verir ki, hərrac bu gün saat 11:00-da keçiriləcək.
Hərraca Bakı şəhəri, Binəqədi rayonu, Akademik Ziya Bünyadov prospekti, ev 7A, mənzil 3 ünvanında yerləşən mənzil çıxarılır. Əmlakın sahəsi 61,11 kvadratmetr, start qiyməti isə 175 min manatdır.
Mənzilin hər kvadratmetrinin start qiyməti hesablandıqda, bu məbləğ təxminən 2 864 manat təşkil edir.
Qeyd olunur ki, əmlak 5 dəfədən çox olmaqla 50 faiz endirimlə təkrar hərraca çıxarılır. Hərrac zamanı növbəti artım addımı ilkin satış qiymətinin 1 faizindən az ola bilməz. Bu isə sözügedən mənzil üzrə minimum hərrac addımının 1 750 manat olması deməkdir.