“Güzgü-Furnitur” ASC səhmdarların illik yığıncağını keçirəcək

“Güzgü-Furnitur” ASC səhmdarların

“Güzgü-Furnitur” ASC səhmdarlarının növbəti illik ümumi yığıncağının keçiriləcəyi tarix açıqlanıb. Yığıncaq 23 avqust 2026-cı il tarixində saat 09:00-da baş tutacaq.

Yığıncağın gündəliyinə 2025-ci ilin maliyyə-təsərrüfat fəaliyyətinin yekunlarının müzakirəsi və təsdiqi, eləcə də digər məsələlər daxil edilib.

Bildirilib ki, bütün səhmdarların yığıncaqda iştirakı vacibdir.

Yığıncaq Bakı şəhəri, Keşlə qəsəbəsi, Abdulla Mirzəyev küçəsi 3 ünvanında keçiriləcək.

MONETAR.AZ