"Qırmızı" dizel yanacağının istifadəsinə qoyulan məhdudiyyətlər aradan qalxdı

"Qırmızı" dizel yanacağının istifadəsinə qoyulan məhdudiyyətlər

ABŞ Prezidenti Donald Tramp yanacaq qiymətlərindəki kəskin artım fonunda daha ucuz “qırmızı” dizeldən istifadəyə qoyulan məhdudiyyətlərin müvəqqəti aradan qaldırılması barədə fərman imzalayıb.

Ağ Evin məlumatına görə, sənəd magistral yollarda yolsuzluq üçün nəzərdə tutulan nişanlanmış dizeldən istifadəyə müvəqqəti icazə verir. Eyni zamanda, ABŞ Maliyyə Nazirliyinə ilin sonunadək federal aksiz vergisinin ödənilməsini cərimə və faiz hesablanmadan təxirə salmaq tapşırılıb. Bu verginin dərəcəsi hər qalon üçün 24,4 sent təşkil edir.

CNN-in məlumatına görə, Tramp qərarı Nebraskada keçirilən seçkiqabağı tədbirdə açıqlayıb. Prezidentin sözlərinə görə, tədbirin nəticəsində yanacaqla yanaşı, ərzaq məhsulları da daxil olmaqla digər malların qiymətlərinin aşağı düşməsi gözlənilir.

“Qırmızı” dizel kimyəvi tərkibinə görə adi dizeldən fərqlənmir. Lakin bu yanacaq xüsusi qırmızı rənglə işarələnir və ənənəvi olaraq kənd təsərrüfatı və tikinti texnikasında istifadə edildiyinə görə federal yanacaq vergisinə cəlb olunmur.

Yeni qərarla bu yanacağın magistral yollarda istifadəsinə müəyyən müddət ərzində icazə verilməsi nəzərdə tutulur.

MONETAR.AZ