Qlobal neft bazarında yaranmış itkilərin kompensasiya olunması və ehtiyatların əvvəlki səviyyəyə qaytarılması iki ilə qədər vaxt apara bilər.
Reuters-in məlumatına görə, bunu Səudiyyə Ərəbistanının dövlət neft şirkəti “Saudi Aramco”nun baş icraçı direktoru Amin Nasser Londonda keçirilən “Energy Intelligence” konfransında deyib.
Onun sözlərinə görə, ABŞ və İran arasında müharibənin uzanması qlobal neft bazarında tədarük çatışmazlığını daha da dərinləşdirə bilər. Nasser bildirib ki, strateji əhəmiyyət daşıyan Hörmüz boğazı tam gücü ilə fəaliyyətini bərpa etməyənədək və investorların enerji bazarlarına inamı yenidən formalaşmayınca neft bazarında təzyiq davam edəcək.
“Saudi Aramco” rəhbərinin sözlərinə görə, bundan sonra belə həm mövcud tələbatı qarşılamaq, həm də neft ehtiyatlarını yenidən doldurmaq üçün iki ilə qədər müddət tələb oluna bilər.
Nasser qeyd edib ki, ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatlarının başlamasından sonra qlobal neft bazarı ümumilikdə təxminən 3 milyard barel neft tədarükündən məhrum olub.
MONETAR.AZ