Almaniyada Reynin su səviyyəsi rekord minimuma düşüb

Almaniyada Reynin su səviyyəsi rekord

Almaniyanın Daxili Su Yolları üzrə Federal Agentliyi (WSV) bu gün açıqladığı məlumatda ölkənin əsas nəqliyyat arteriyalarından biri olan Reyn çayında suyun səviyyəsinin tarixi minimuma endiyini bildirib.

Koblens yaxınlığındakı Kaub məntəqəsində, gəmiçilik üçün kritik hesab olunan hissədə yararlı su dərinliyi cəmi 23 santimetr təşkil edib. Bu göstərici 2018-ci ildə qeydə alınmış 25 santimetrlik əvvəlki rekord minimumu da geridə qoyub. Qeyd olunur ki, çayın həmin hissəsində ümumi dərinlik gəmiçilik üçün yararlı dərinlikdən təxminən 1 metr çoxdur.

WSV-nin məlumatına görə, su səviyyəsinin kəskin azalması nəticəsində bəzi yükdaşıma xidmətləri fəaliyyətini müvəqqəti dayandırıb. Digər gəmilər isə marşrutlarını davam etdirsələr də, təhlükəsizlik tələblərinə görə xeyli az yüklə hərəkət etmək məcburiyyətində qalıblar.

Reyn çayı Almaniya və bütövlükdə Avropa üçün əsas daxili su nəqliyyatı marşrutlarından biri hesab olunur. Su səviyyəsinin rekord həddə enməsi sənaye müəssisələrinin xammal və məhsul daşımalarına, həmçinin logistika xərclərinə əlavə təzyiq yarada bilər.

MONETAR.AZ