Bu gün Milli Məclis 22 məsələyə baxacaq

Bu gün Milli Məclis

 Milli Məclisin növbədənkənar sessiyasının iyulun 13-də keçiriləcək iclasında 22 məsələyə baxılacaq.

Deputatlar ilk olaraq Azərbaycan Respublikası Hökuməti ilə Sudan Respublikası Hökuməti arasında diplomatik pasport sahiblərinin vizadan qarşılıqlı azad edilməsi haqqında Sazişin təsdiqini müzakirə edəcəklər.

İclasda, həmçinin "Psixiatriya yardımı haqqında" Qanuna, Vergi Məcəlləsinə, Gömrük Məcəlləsinə"Dövlət satınalmaları haqqında" Qanuna dəyişikliklər üçüncü oxunuşda müzakirəyə çıxarılacaq.

Gündəliyə ikinci oxunuşda baxılacaq bir sıra mühüm qanun layihələri də daxildir. Bunlar arasında "Kraudfandinq haqqında", "Toxumçuluq haqqında""Balıqçılıq haqqında" yeni qanun layihələri, eləcə də maliyyə, vergi, gömrük, qiymətli kağızlar bazarı, torpaq münasibətləri, miqrasiya, tibbi sığorta, enerji effektivliyi və digər sahələri əhatə edən qanunvericilik dəyişiklikləri yer alır.

Bundan başqa, iclasda Mülki Məcəllə, Cinayət Məcəlləsi, İnzibati Xətalar Məcəlləsi, Əmək Məcəlləsi, Miqrasiya Məcəlləsi və digər qanunvericilik aktlarına təklif olunan dəyişikliklər də müzakirə ediləcək.

Milli Məclisin növbədənkənar sessiyasının iclasında gündəlikdəki bütün məsələlərin müvafiq ardıcıllıqla müzakirəyə çıxarılması nəzərdə tutulur.

MONETAR.AZ