Slovakiya Prezidenti Peter Pelleqrini iyulun 13-də Azərbaycana rəsmi səfər edəcək.
Monetar.az xəbər verir ki, bu barədə Slovakiya Prezidentinin Dəftərxanası məlumat yayıb.
Bildirilib ki, səfər Prezident İlham Əliyevin 2025-ci ilin dekabrında Slovakiyaya həyata keçirdiyi ilk rəsmi səfərin davamı kimi qiymətləndirilir.
Prezident Peter Pelleqrini ilə birlikdə Azərbaycana Baş nazirin müavini və müdafiə naziri Robert Kalinyak, Baş nazirin müavini və iqtisadiyyat naziri Denisa Sakova, daxili işlər naziri Matuş Şutay Eştok, eləcə də Slovakiya Milli Bankının rəhbəri Peter Kajimir səfər edəcəklər.
Rəsmi səfər çərçivəsində Bakıda Slovakiya-Azərbaycan biznes-forumu da təşkil olunacaq. Forumda hər iki ölkənin işgüzar dairələrinin nümayəndələri iştirak edəcək və ticarət-iqtisadi əlaqələrin genişləndirilməsi, yeni tərəfdaşlıqların qurulması məsələləri müzakirə olunacaq.