10 ayda pərakəndə ticarət dövriyyəsi 57,5 milyard manatı ötüb

10 ayda pərakəndə ticarət dövriyyəsi

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda pərakəndə ticarət dövriyyəsinin həcmi 57 milyard 523,4 milyon manat təşkil edib.

Monetar.az xəbər verir ki, Dövlət Statistika Komitəsinin açıqladığı məlumatlara görə, pərakəndə ticarət dövriyyəsi ötən ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 3,8 faiz artıb.

Hesabat dövründə əsas kapitala 16 milyard 519,8 milyon manat investisiya yönəldilib. Bu, illik müqayisədə 9,7 faiz artım deməkdir.