2026-cı ilin yanvar-oktyabr aylarında Azərbaycanda sənaye məhsulunun ümumi həcmi real ifadədə 0,7 faiz azalıb.
Monetar.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin açıqladığı makroiqtisadi göstəricilərdə bildirilir.
Məlumata görə, hesabat dövründə ölkədə 58 milyard 539,6 milyon manatlıq sənaye məhsulu istehsal olunub.
Maraqlıdır ki, ümumi sənaye istehsalında azalma qeydə alındığı halda, qeyri-neft-qaz sənayesində 4,8 faiz artım baş verib. Bu sahədə istehsalın dəyəri 18 milyard 500,7 milyon manat təşkil edib.
Beləliklə, qeyri-neft sənayesindəki müsbət dinamika sənaye sektorunun ümumi göstəricisinin artmasına kifayət etməyib.