Azərbaycanın xarici ticarət dövriyyəsi 38,9 milyard dollara yüksəlib

Azərbaycanın xarici ticarət dövriyyəsi 38,9 milyard

2026-cı ilin yanvar-sentyabr aylarında Azərbaycanın xarici ticarət dövriyyəsi ötən ilin eyni dövrü ilə müqayisədə 10,3% artaraq 38 milyard 898,5 milyon dollar təşkil edib.

Monetar.az Dövlət Statistika Komitəsinin yaydığı məlumata əsasən bildirir ki, hesabat dövründə ölkənin ixracı daha sürətli artım nümayiş etdirib. Belə ki, ixracın ümumi dəyəri illik müqayisədə 38,1% yüksələrək 25 milyard 552,6 milyon dollara çatıb.

Qeyri-neft-qaz məhsullarının ixracında da əhəmiyyətli artım qeydə alınıb. Doqquz ay ərzində bu istiqamət üzrə ixracın dəyəri əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 2,5 dəfə artaraq 6 milyard 651,6 milyon dollar olub.

İdxalın dəyəri isə əksinə, azalıb. Yanvar-sentyabr aylarında Azərbaycana idxal edilən məhsulların ümumi dəyəri illik müqayisədə 20,4% geriləyərək 13 milyard 345,9 milyon dollar təşkil edib.