2026-cı ilin yanvar-oktyabr aylarında Azərbaycanda neft-qaz sektorunda yaradılan əlavə dəyər real ifadədə 0,9 faiz azalıb.
Monetar.az xəbər verir ki, Dövlət Statistika Komitəsinin məlumatına əsasən, hesabat dövründə ölkənin ümumi daxili məhsulu (ÜDM) 115 milyard 930,5 milyon manat təşkil edib.
ÜDM-in ümumi həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 1,7 faiz artsa da, artım əsasən qeyri-neft-qaz sektorunun hesabına formalaşıb.
Belə ki, qeyri-neft-qaz sektorunda yaradılan əlavə dəyər 2,9 faiz artaraq 80 milyard 701,4 milyon manata çatıb. Neft-qaz sektorunda isə bu göstərici 35 milyard 229,1 milyon manat olub.
Qeyd edək ki, əvvəlki dövrlə müqayisədə neft-qaz ÜDM-indəki azalma 1,2 faizdən 0,9 faizə qədər zəifləyib. Bununla belə, sektorda hələ də mənfi dinamika qalır.