Qeyri-neft sektoruna yatırımlar cəmi 2,3 faiz artıb

Qeyri-neft sektoruna yatırımlar

2026-cı ilin yanvar-oktyabr aylarında Azərbaycanda əsas kapitala 16 milyard 519,8 milyon manat investisiya yönəldilib.

Monetar.az xəbər verir ki, Dövlət Statistika Komitəsinin məlumatına əsasən, əsas kapitala investisiyaların ümumi həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 9,7 faiz artıb.

Lakin investisiyaların strukturunda diqqət çəkən fərq var. Belə ki, qeyri-neft-qaz sektoruna yönəldilən investisiyalar 11 milyard 37,7 milyon manat təşkil etsə də, bu sahədə artım cəmi 2,3 faiz olub.

Müqayisə üçün qeyd edək ki, əsas kapitala ümumi investisiyaların artım tempi 9,7 faiz təşkil edib.