Azərbaycanda ÜDM 1,7 faiz artıb

 Azərbaycanda ÜDM

2026-cı ilin yanvar-oktyabr aylarında Azərbaycanda ümumi daxili məhsul (ÜDM) istehsalı 115 milyard 930,5 milyon manat təşkil edib.

Monetar.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin açıqladığı makroiqtisadi göstəricilərdə bildirilir.

Hesabat dövründə ÜDM real ifadədə ötən ilin müvafiq dövrü ilə müqayisədə 1,7 faiz artıb.

Qeyri-neft-qaz sektorunda əlavə dəyər istehsalı 2,9 faiz artaraq 80 milyard 701,4 milyon manata çatıb. Neft-qaz sektorunda isə 0,9 faizlik azalma qeydə alınıb.