10,7 milyard siqaret istehsal edildi – anbarlarda 1,4 milyardlıq ehtiyat var

10,7 milyard siqaret istehsal edildi –

2026-cı ilin yanvar-iyul aylarında Azərbaycanda 10 milyard 690,6 milyon ədəd siqaret istehsal olunub. Monetar.az xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 17,8 faiz artım deməkdir.

Hesabat dövründə emal olunmuş tütün istehsalı isə 2 418,8 ton təşkil edib. Bu göstərici əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 2,2 dəfə artıb.

1 avqust 2026-cı il tarixinə sənaye müəssisələrinin anbarlarında 1 milyard 432,2 milyon ədəd siqaret və 597,1 ton emal olunmuş tütün hazır məhsul ehtiyatı olub.