2026-cı ilin yanvar-iyul aylarında Azərbaycanda 14 min 815,2 ton pambıq ipliyi istehsal edilib. Monetar.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 33,6 faiz artım deməkdir.
Hesabat dövründə 53 min 814,8 ton pambıq mahlıcı istehsal olunub. Bu göstərici illik müqayisədə 12,8 faiz artıb.
Pambıq parçaların istehsalı 18 milyon 264,1 min kvadratmetr təşkil edib. Ötən ilin müvafiq dövrü ilə müqayisədə istehsal 5,3 faiz artıb.
Bununla yanaşı, pambıq yataq ağlarının istehsalı 17 faiz azalaraq 146,7 min ədəd olub.
Xalça və xalça məmulatlarının istehsalı isə 78 min kvadratmetr təşkil edib. Bu, əvvəlki ilin eyni dövrü ilə müqayisədə 41 dəfə çoxdur.
1 avqust 2026-cı il vəziyyətinə sənaye müəssisələrinin anbarlarında 12 min 814 ton pambıq mahlıcı, 2 min 883,3 ton pambıq ipliyi və 145,7 min kvadratmetr pambıq parça hazır məhsul ehtiyatı olub.