Ayaqqabılar çoxalır: istehsal 45 faiz artıb

Ayaqqabılar çoxalır:

2026-cı ilin yanvar-iyul aylarında Azərbaycanda 710,2 min cüt ayaqqabı istehsal edilib. Monetar.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 44,8 faiz çoxdur.

Hesabat dövründə emal edilmiş dəri istehsalı 46,5 min kvadratmetr təşkil edib. Bu göstərici əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 35,2 faiz artıb.

1 avqust 2026-cı il vəziyyətinə sənaye müəssisələrinin anbarlarında 108,6 min cüt ayaqqabı və 137,9 min kvadratmetr emal edilmiş dəri hazır məhsul ehtiyatı olub.