Ayaqlara böyük sərmayə: corab istehsalı 2,5 dəfə artıb

Ayaqlara böyük sərmayə:

2026-cı ilin yanvar-iyul aylarında Azərbaycanda 2 milyon 976,2 min cüt corab məmulatı istehsal edilib. Monetar.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2,5 dəfə çoxdur.

Hesabat dövründə sair geyim istehsalı 3 milyon 306,9 min ədəd təşkil edib. Bu sahədə istehsal əvvəlki ilin müvafiq dövrünə nisbətən 36,6 faiz artıb.

Üst geyim istehsalı 665,3 min ədəd olub. İllik müqayisədə bu məhsulların istehsalı 68,5 faiz artıb.

Alt geyim istehsalı isə 985,6 min ədəd təşkil edib və 10,8 faiz artıb. İstehsalat və peşə komplektlərinin istehsalı 987,7 min ədəd olmaqla 3,3 faiz yüksəlib.

1 avqust 2026-cı il vəziyyətinə sənaye müəssisələrinin anbarlarında 373 min ədəd sair geyim, 72,4 min ədəd alt geyim, 71,6 min ədəd üst geyim və 4,6 min ədəd istehsalat və peşə komplekti hazır məhsul ehtiyatı olub.