2026-cı ilin yanvar-iyun aylarında Azərbaycanda əmlak sığortası üzrə toplanan sığorta haqları artıb, zərərlilik göstəricisi isə azalıb.
Monetar.az xəbər verir ki, hesabat dövründə əmlak sığortası üzrə sığorta haqları 139,4 milyon manat, sığorta ödənişləri isə 22,7 milyon manat təşkil edib. Nəticədə zərərlilik göstəricisi 16,3 faizə enib.
Müqayisə üçün, 2025-ci ilin ilk yarısında bu sahədə sığorta haqları 106,9 milyon manat, ödənişlər 20,2 milyon manat olub. Həmin dövrdə zərərlilik səviyyəsi 18,9 faiz təşkil etmişdi.
Beləliklə, bir il ərzində əmlak sığortasında zərərlilik 2,6 faiz bəndi azalaraq sığorta haqlarının ödənişlərə nisbətdə daha sürətlə artdığını göstərib.