Yapı Kredi Bankın gəlirləri artsa da, mənfəəti aşağı səviyyədə qalıb

Yapı Kredi Bankın gəlirləri artsa da,

"Yapı Kredi Bank Azərbaycan" 2026-cı ilin ikinci rübü üzrə maliyyə hesabatını açıqlayıb. Hesabat göstərir ki, bankın gəlirləri artıb, lakin bu artım xalis mənfəətə tam əks olunmayıb.

Bankın faiz gəlirləri ötən ilin eyni dövrü ilə müqayisədə 40 % artaraq 32,5 milyon manata çatıb. Qeyri-faiz gəlirləri isə 14,6 milyon manat olub. Buna baxmayaraq, bankın xalis mənfəəti cəmi 4,8 milyon manat təşkil edib.

Bu o deməkdir ki, bank qazandığı hər 10 manatın təxminən yalnız 1 manatını mənfəət kimi saxlayıb. 

İlin ilk yarısında bankın depozit portfeli 9 % artaraq 573 milyon manata yüksəlib. Bunun 469 milyon manatı və ya 81,8 %-i hüquqi şəxslərin, 104 milyon manatı və ya 18,2%-i isə fiziki şəxslərin depozitləridir.

Bankın aktivləri 10 %, depozitləri isə 9 % artdığı halda, kredit portfeli cəmi 6% böyüyüb. Bank aldığı vəsaitləri kreditlərə çevirməkdə daha ehtiyatlı davranıb və ya kreditləşmənin artım tempi depozitlərin artımından geri qalıb.

Hesabatda bank rəqəmsal transformasiyanı davam etdirdiyini bildirir. Lakin qeyri-faiz gəlirlərinin artımı faiz gəlirlərinin artımından xeyli aşağı olub.

MONETAR.AZ