Azərbaycanda noutbuk və stolüstü kompüter istehsalı kəskin azalıb

Azərbaycanda noutbuk və stolüstü kompüter istehsalı

2026-cı ilin yanvar–iyul aylarında Azərbaycanda kompüter istehsalında nəzərəçarpacaq azalma qeydə alınıb.

Monetar.az Dövlət Statistika Komitəsinin verdiyi məlumata istinadən xəbər verir ki, hesabat dövründə ölkədə cəmi 762 ədəd noutbuk istehsal olunub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 668 ədəd və ya 46,7% azdır.

Eyni zamanda, stolüstü kompüter istehsalı daha kəskin geriləyib. Yanvar–iyul aylarında 720 ədəd stolüstü kompüter istehsal edilib ki, bu da illik müqayisədə 1 424 ədəd və ya 66,4% azalma deməkdir.

Komitənin məlumatına əsasən, kompüter, elektron və optik məhsulların istehsalı sahəsində noutbuk istehsalı 46,7% azaldığı halda, elektrik avadanlıqlarının istehsalı sahəsində elektrik tənzimləyici cihazların istehsalı 41,1% artıb.