Bitcoin əvvəlki ticarət sessiyasında qeydə alınan enişdən sonra bugün 62 min dollar həddindən yuxarı mövqeyini qoruyub. ABŞ və İran arasında yenidən artan hərbi gərginlik investorların riskli aktivlərə marağını zəiflətməkdə davam edir.
Dünyanın ən böyük kriptovalyutası Bakı vaxtı ilə saat 09:31-ə olan məlumata görə 0,6% ucuzlaşaraq 62 275,9 dollar səviyyəsində ticarət olunub.
Həftənin əvvəlində bitkoinin qiyməti 64 600 dollara qədər yüksəlsə də, ABŞ və İran arasında münaqişənin yenidən kəskinləşməsi fonunda əldə olunan qazancın bir hissəsi silinib.
Bazar iştirakçıları geosiyasi risklərin artmasının maliyyə bazarlarına mümkün təsirini qiymətləndirməyə davam edirlər. Bu qeyri-müəyyənlik fonunda investorlar daha ehtiyatlı mövqe tutur, nəticədə kriptovalyutalar da daxil olmaqla riskli aktivlər üzərində satış təzyiqi güclənir.
MONETAR.AZ