Dünya bazarında şəkər yenidən ucuzlaşdı - kiloqramı 30 sentə düşüb

Dünya bazarında şəkər yenidən ucuzlaşdı -

ABŞ-da şəkər fyuçersləri son iki həftənin ən aşağı səviyyəsinə geriləyib. Fyüçerslərin qiyməti i 1 kiloqram üçün təxminən 30 sent olaraq qeydə alınıb. Qiymətlərin düşməsində Orta Şərq böhranına baxmayaraq yüksək təchizat gözləntiləri rol oynayıb.

Hindistan Şəkər və Bioenerji İstehsalçıları Assosiasiyası (ISMA) məlumat verib ki, Hindistanın 2025/26-cı il məhsul ilində istehsalı 24,75 milyon ton, əvvəlki ilə nisbətən 12% artıb.

Beynəlxalq analitiklər isə gələcəkdə qlobal kakao və şəkər artıqlığının davam edəcəyini bildirirlər

Hazırda yüksək təchizat gözləntiləri və məhsul artımı qiymətlərin aşağı səviyyədə qalmasına səbəb olur.

MONETAR.AZ