Dünyanın ən böyük kriptovalyutası olan Bitcoinin qiyməti son üç ayın minimumuna enib. İnvestorların kriptovalyuta bazarına marağının azalması fonunda BTC-nin dəyəri avqustun ortalarından bəri ilk dəfə 70 min dollar həddini keçərək aşağı düşüb.
Bakı vaxtı ilə saat 07:40-a olan məlumata görə, Bitcoin 6,3% ucuzlaşaraq 69 101,1 dollar səviyyəsində qərarlaşıb.
Qiymət enişinə təsir göstərən əsas amillər arasında faiz dərəcələrinin yenidən artırılması ehtimalının güclənməsi və “Strategy” şirkətinin MSCI indekslərindən çıxarılması ilə bağlı narahatlıqlar göstərilir.
Kriptovalyuta bazarına təzyiqi artıran mənfi amillərin çoxalması Bitkoinin oktyabr ayından etibarən davam edən ucuzlaşmasını daha da sürətləndirib.
MONETAR.AZ