Azərbaycanda 3 dövlət qurumunun balansında olan 34 nəqliyyat vasitəsi bu gün hərraca çıxarılacaq. Satışa minik avtomobilləri, yük maşınları, avtobuslar və xüsusi təyinatlı texnika çıxarılıb.
Monetar.az xəbər verir ki, hərrac saat 10:00-da keçiriləcək. Satışa çıxarılan nəqliyyat vasitələrinin siyahısına əsasən, ən aşağı start qiyməti 8 000 manat, ən yüksək qiymət isə 61 500 manat müəyyən edilib.
Hərracda ən çox nəqliyyat vasitəsi Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin balansından satışa çıxarılacaq. Agentliyə məxsus 31 nəqliyyat vasitəsi arasında UAZ, QAZ, KAMAZ, MAZ, KRAZ markalı avtomobillər, avtobuslar, ekskavator və Bozena mina təmizləmə texnikaları var. Bu nəqliyyat vasitələrinin buraxılış illəri 1998-2015-ci illəri əhatə edir. Onların ümumi start qiyməti 61 500 manatdır.
Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin balansında olan 2012-ci il buraxılışlı BMW 740LI avtomobili 11 000 manata hərraca çıxarılacaq. Azərbaycan Respublikasının Məcburi Köçkünlərin Sosial İnkişaf Fonduna məxsus 2007-ci il buraxılışlı Mitsubishi Outlander avtomobilinin start qiyməti isə 8 000 manatdır.