İstiqrazların satışından əldə edilən gəlirə vergi tətbiq ediləcək

İstiqrazların satışından əldə edilən gəlirə

Azərbaycanda istiqrazların satışından əldə edilən gəlirlə onların alış qiyməti və əməliyyat xərcləri arasındakı fərqin vergitutma obyektinə daxil edilməsi təklif olunur.

Monetar.az xəbər verir ki, bu dəyişiklik Vergi Məcəlləsinə dəyişiklik edilməsi haqqında qanun layihəsində nəzərdə tutulub. Sənəd 2027-ci ilin büdcə zərfinə daxildir.

Layihəyə əsasən, istiqrazın satış qiyməti ilə alış qiyməti arasındakı fərqdən əməliyyatla bağlı çəkilən xərclər, o cümlədən komissiya haqları da nəzərə alınacaq.

Hazırda oxşar vergi qaydası yalnız kütləvi təklif edilmiş və tənzimlənən bazarda ticarətə buraxılmış səhmlərin satışına tətbiq olunur. Bu zaman səhmin satış və alış qiymətləri arasındakı fərq, eləcə də digər xərclər nəzərə alınmaqla vergitutma obyekti müəyyən edilir.

Təklif qəbul edilərsə, bu yanaşmanın istiqrazların təqdim edilməsinə də şamil olunması nəzərdə tutulur.