TotalEnergies və Eni Kiprdə yerləşən "Cronos" təbii qaz yatağının işlənməsi üzrə yekun investisiya qərarını təsdiqləyiblər. Şirkətlərin yaydığı məlumata görə, layihə Avropaya mayeləşdirilmiş təbii qazın (YPG) tədarükünü artırmağa xidmət edəcək.
Layihə çərçivəsində qaz hasilatına 2028-ci ildə başlanması planlaşdırılır.
İllik istehsal həcminin 2,8 milyon metrik ton YPG təşkil edəcəyi gözlənilir. İstehsal olunan həcmlər TotalEnergies və Eni arasında bərabər paylarla bölüşdürüləcək.
MONETAR.AZ