Tramp ABŞ-dan dizel yanacağının ixracına qadağa təklif edib

Tramp ABŞ-dan dizel yanacağının

ABŞ Prezidenti Donald Tramp dizel yanacağının ölkədən ixracının tam və ya qismən dayandırılmasını təklif edib.

Monetar.az xəbər verir ki, Tramp yanacaq qiymətlərinin artması fonunda komandasına dizel ixracının dayandırılması məsələsini nəzərdən keçirməyi tapşırdığını bildirib.

ABŞ Maliyyə naziri Skott Bessent isə hökumətin belə bir qərarın ölkənin ümumi neft emalı imkanları baxımından nə dərəcədə mümkün və effektiv olacağını araşdırdığını deyib.

Tramp bu açıqlamanı BMT Baş Assambleyası çərçivəsində Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşü zamanı verib. O, daha əvvəl Zelenskini Rusiyanın enerji infrastrukturuna zərbələri məhdudlaşdırmağa çağırmışdı.

ABŞ-da dizel yanacağının qiymətinin yüksəlməsi fonunda ölkə daxilində ixrac məhdudiyyətlərinin tətbiq edilməsi ilə bağlı çağırışlar artır. Respublikaçı senatorlar Çak Qrasli və Den Sallivan da təşəbbüsü dəstəkləyiblər.

Bununla belə, neft-qaz sənayesi nümayəndələri dizel və xam neft ixracına məhdudiyyətlərin uzunmüddətli nəticələri ilə bağlı xəbərdarlıq edirlər. Sənaye təmsilçilərinin fikrincə, belə addım ilkin mərhələdə daxili bazarda yanacaq ehtiyatlarını artıra və qiymətləri aşağı sala bilər.

Enerji analitikləri isə ixrac imkanlarının məhdudlaşdırılmasının ABŞ-da neft hasilatı və emalı həcmlərinin azalmasına səbəb ola biləcəyini bildirirlər.