Azərbaycanda topdansatış ticarəti müəssisələrində mal ehtiyatlarının ümumi dəyəri 2021–2025-ci illərdə 99 faiz artaraq 3 milyard 260 milyon 744 min manatdan 6 milyard 486 milyon 405 min manata yüksəlib.
Dövlət Statistika Komitəsinin məlumatına görə, sözügedən dövrdə ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə mal ehtiyatlarının dəyəri 67 faiz artaraq 807 milyon 174 min manatdan 1 milyard 344 milyon 687 min manata çatıb.
Qeyri-ərzaq məhsulları üzrə mal ehtiyatlarının dəyərində isə daha yüksək artım qeydə alınıb. Bu göstərici 2021-ci ildəki 2 milyard 453 milyon 570 min manatdan 2025-ci ildə 5 milyard 141 milyon 718 min manata yüksələrək 110 faiz artıb.
MONETAR.AZ