Azərbaycan və Beynəlxalq Valyuta Fondu (BVF) əməkdaşlıq perspektivlərini müzakirə ediblər.
Bu barədə Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov “X” sosial şəbəkəsindəki səhifəsində yazıb.
Məlumata görə, müzakirələr nazirin BVF-nin Azərbaycan üzrə missiya rəhbəri Anna Bordon ilə görüşü zamanı baş tutub.
“Biz Azərbaycanın makroiqtisadi sabitliyini, sosial-iqtisadi inkişaf prioritetlərinə uyğun olaraq energetika, rəqəmsallaşma, sənaye və digər sahələrdə həyata keçirilən tədbirləri, eləcə də qabaqcıl təcrübənin tətbiqi nəticəsində əldə olunan irəliləyişi qeyd etdik”, deyə paylaşımda bildirilib.