Avropada mənzil xərclərinin ən ağır olduğu ölkə

Avropada mənzil xərclərinin

Avropa İttifaqı ölkələrində mənzil xərclərinin ailə büdcəsinə təsiri kəskin fərqlənir. Bəzi ölkələrdə əhalinin əhəmiyyətli hissəsi gəlirinin böyük bölümünü yaşayış xərclərinə ayırmalı olur.

Monetar.az xəbər verir ki, Eurostat-ın məlumatlarına görə, 2026-cı ildə Avropa İttifaqında əhalinin orta hesabla 8,2 faizi sərəncamında qalan gəlirinin 40 faizindən çoxunu mənzil xərclərinə sərf edir.

Ölkələr arasında ən yüksək göstərici Yunanıstanda qeydə alınıb. Burada əhalinin 28,9 faizi gəlirinin 40 faizindən çoxunu mənzilə xərcləyir. Xorvatiyada isə bu göstərici cəmi 3,7 faizdir.

Mənzil xərclərinin gəlirlərə nisbətən yüksək olması əmək bazarına və insanların yaşayış şəraitinə də təsir göstərir. Xüsusilə turizm bölgələrində çalışan, lakin nisbətən aşağı əməkhaqqı alan işçilər üçün mənzil əlçatanlığı ciddi problemə çevrilə bilər.

Nəticədə mehmanxana və restoran sektorunda çalışanların turistik ərazilərdə yaşamaq imkanları məhdudlaşır. Bu vəziyyət həmin sahələrdə ixtisaslı işçi çatışmazlığını daha da dərinləşdirə bilər.