Niderlanda gedən azərbaycanlıların 80 faizi gəzməyə getməyib

Niderlanda gedən azərbaycanlıların

2026-cı ilin ilk 9 ayında Niderlanda səfər edən Azərbaycan vətəndaşlarının əksəriyyəti ölkəyə turizm məqsədilə getməyib.

Monetar.az xəbər verir ki, Dövlət Statistika Komitəsinin məlumatına görə yanvar-sentyabr aylarında Niderlanda gedən 407 Azərbaycan vətəndaşından yalnız 83-ü turist olub.

Beləliklə, səfərlərin 20,4%-i turizm, 79,6%-i isə digər məqsədlərlə bağlı olub. Başqa sözlə, Niderlanda səfər edən hər 5 azərbaycanlıdan yalnız biri turist kimi ölkəyə gedib.

İyul-sentyabr aylarında da vəziyyət dəyişməyib. Bu dövrdə turizm məqsədli səfərlərin ümumi səfərlərdə payı 17,3% təşkil edib.