Xaricdə dincəlmək üçün işləmək lazım imiş: Rəqəmlər nə deyir?

Xaricdə dincəlmək üçün işləmək lazım imiş:

Azərbaycan vətəndaşlarının turizm məqsədilə xarici ölkələrə səfərlərində muzdla işləyənlər və özünüməşğul şəxslər üstünlük təşkil edib. Bu iki kateqoriyanın ümumi sayı digər iqtisadi status qruplarını əhəmiyyətli dərəcədə üstələyib.

Monetar.az xəbər verir ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, 2026-cı ilin yanvar-sentyabr aylarında yaşı 15-dən yuxarı olan turizm məqsədli səyahətçilər arasında 397 279 nəfər muzdla işləyən, 396 209 nəfər isə özünüməşğul şəxs olub.

Beləliklə, hər iki qrupun ümumi sayı 793 488 nəfərə çatıb. İqtisadi qeyri-fəal şəxslərin sayı 62 542, işsizlərin sayı isə 3 352 nəfər təşkil edib.

Dörd kateqoriya üzrə ümumi sayı 859 382 nəfər olan səyahətçilər arasında muzdla işləyənlərin və özünüməşğulların birgə payı 92,3% təşkil edib.

Maraqlıdır ki, xaricə səyahət edən muzdlu işçilərlə özünüməşğulların sayı arasında cəmi 1 070 nəfər fərq olub. Bu, hər iki qrupun xarici turizm səfərlərində demək olar ki, bərabər təmsil olunduğunu göstərir.