"Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti" publik hüquqi şəxsi Xankəndi şəhəri, Ağdərə və Xocalı rayonlarında yaşayış məntəqələri, məhəllə, küçə, meydan və parkların abadlaşdırılması, yaşıllaşdırılması, yaşıllıqların mühafizəsi və təmizlənməsi xidmətlərinin satın alınması ilə bağlı açıq tender elan edib.
Tenderin ehtimal olunan qiyməti 7 milyon 215 min 288 manat təşkil edir.
Müsabiqə üzrə təkliflərin son təqdim olunma tarixi 2026-cı il avqustun 19-u saat 16:00-dək müəyyənləşdirilib. Təklif zərflərinin açılışı da həmin gün saat 16:00-da həyata keçiriləcək.
MONETAR.AZ