Bəzi dərmanların qiyməti sabahdan dəyişir

Bəzi dərmanların qiyməti

Azərbaycanda 143 dərman vasitəsi üzrə qiymətlərin yuxarı həddi müəyyənləşdirilib.

Qərar Tarif Şurasının bugünkü iclasında qəbul olunub.

Bildirilib ki, dərman vasitələrinin qiymətləri Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiq edilmiş qaydalara, həmçinin Tarif Şurasının 2015-ci il 21 iyul tarixli qərarı ilə təsdiq edilmiş Təlimata uyğun olaraq tənzimlənib.

Qiymətlər müəyyən edilərkən dərman vasitələrinin ticarət adı, farmasevtik forması, təsiredici maddəsi, dozası, ticarət qablaşdırması, miqdarı və istehsal ölkəsi nəzərə alınıb.

Qiymətlərinin yuxarı həddi təsdiq edilən 143 dərman vasitəsinin tam siyahısı Tarif Şurasının rəsmi internet saytının "Dərman vasitələri" bölməsində yerləşdirilib.

Qərar 2026-cı il iyulun 23-dən qüvvəyə minəcək.

MONETAR.AZ