Dünya bazarında Brent markalı neftin qiyməti aşağı düşüb. Bir barel Brent neftinin qiyməti 103,61 dollar təşkil edib.
Monetar.az xəbər verir ki, qiymət əvvəlki səviyyə ilə müqayisədə 1,11% azalıb.
ABŞ xam neftinin qiyməti isə 0,34% geriləyərək 96,13 dollar olub. Neftin qiymətinə qlobal tələb, hasilat həcmi və geosiyasi hadisələr təsir göstərir. Qiymətlərdə uzunmüddətli azalma neft ixrac edən ölkələrin büdcə gəlirlərinə də təsir edə bilər.